18:45 15-04-2009
news_image
677
STOLÜSTÜ OYUNLAR

Aronyan 32 gedişə Məmmədyarovu mat qoydu

Rusiyanın Nalçik şəhərində şahmat üzrə Qran-Pri turnirinin 4-cü mərhələsi start götürüb. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan yığmasının üzvü Şəhriyar Məmmədyarov da qüvvəsini sınayır. Onunla (2725) yanaşı, yarışda daha 13 qrossmeyster - Peter Leko (Macarıstan, 2751), Aleksandr Qrişuk (Rusiya, 2748), Vasili İvançuk (Ukrayna, 2746), Boris Qelfand (İsrail, 2733), Etyen Bakro (Fransa, 2728), Petr Svidler (Rusiya, 2726), Sergey Karyakin (Ukrayna, 2721), Qata Kamski (ABŞ, 2720), Yevgeni Alekseyev (Rusiya, 2716), Vladimir Akopyan (Ermənistan, 2696), Rüstəm Qasımcanov (Özbəkistan, 2695), Pavel Elyanov (Ukrayna, 2693) və Levon Aronyan (Ermənistan, 2754) mübarizə aparır.

Şəhriyar bu gün ilk tur çərçivəsində yarışın reytinq-favoriti Levon Aronyanla üz-üzə gəlib. Həmvətənimizin ağ fiqurlarla oynadığı partiyada qələbəni rəqibi qazanıb. 32 gedişdə təslim olan Məmmədyarov sabah Leko ilə qarşılaşacaq.