Azərbaycan və ABŞ şahmatçıları heç-heçə oynadılar
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın Nalçik şəhərində keçirilən Qran-Prinin III turunda yarım xal qazanıb. Apasport.az saytının məlumatına görə, 24 yaşlı həmyerlimiz ABŞ təmsilçisi Qata Kamski ilə heç-heçə oynayıb. Ağ fiqurlarla oynayan Şəhriyar rəqibin 43-cü gedişdə bərabərlik təklifini qəbul edib.
Hazırda Məmmədyarovun 1 xalı var. O, əvvəlki iki turda Levon Aronyana (Ermənistan) uduzub, Peter Leko (Macarıstan) ilə isə xalları bölüb.
Sabah şahmatçımız daha bir ermənistanlı Vladimir Akopyanla qarşılaşacaq. 13 turdan ibarət turnir aprelin 29-da yekunlaşacaq.