10:28 18-04-2009
news_image
423
DİGƏR NÖVLƏR

Bakının ən güclü qılıncoynadanları müəyyənləşdi

Gənc oğlan və qızlar arasında qılıncoynatma üzrə Bakı birinciliyi start götürüb. Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) baş katibi Ramin Məmmədovun apasport.az saytına verdiyi məlumata görə, yarışın ilk günündə şpaqa növündə qaliblər müəyyənləşib.

Oğlanların mübarizəsində Etibar Namazov bütün görüşlərini qələbə ilə başa vuraraq, qızıl medal qazanıb. İkinci yeri Tehran Rəsulov tutub. Vəkil Nəsibov və Nəcəf Məhərrəmov isə bürünc medallara sahib çıxıblar.

Qızlar arasında isə çempion Elmira Xudaverdiyeva olub. Nigar Abbasova gümüş medala yiyələnib. Samirə Hüseynova ilə Anastasiya İvanova fəxri kürsünün 3-cü pilləsində qərarlaşıblar.

AQF-nin Baş şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə təşkil etdiyi yarış bu gün sablya növündə davam etdiriləcək.