10:09 20-04-2009
news_image
637
DİGƏR NÖVLƏR

Avropa çempionatına yollanan yığmamızın heyəti açıqlandı

Aprelin 23-dən 25-dək Riqada keçiriləcək qaydasiz döyüş üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu yarışda ölkəmizi 11 idmançı təmsil edəcək. Bunlar Orxan Qəhrəmanov, Şaban Qurbanov (hər ikisi – 48 kq), Elçin Cəfərov (57 kq), Aslan Rüstəmov (62 kq), Həsənağa İbişli, Vüqar Hüseynov (hər ikisi – 67 kq), Elnur Novruzov (70 kq), Anar Adilov (77 kq), Hüseynəli Abbasov (95 kq), Natiq Məmmədov (105 kq) və Lalə İbrahimovadır (52 kq).

AzərTac