11:30 21-04-2009
news_image
682
STOLÜSTÜ OYUNLAR

“Oskar” mükafatını ilk dəfə Bakıya gətirirlər!

Rusiyanın nüfuzlu “64 - şahmat icmalı” nəşrinin təsis etdiyi “Oskar” mükafatı Bakıya gətirilir. Apasport.az saytının məlumatına görə, “Oskar” paytaxtımızda 7-9 may aralığında mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Prezident Kuboku” uğrunda yarışın açılış mərasimində öz sahibinə veriləcək.

“64 - şahmat icmalı” nəşri hər il dünyanın ən yaxşı şahmatçını seçir və qalibə “Oskar” verilir. 2008-ci il üçün bu mükafata dünya çempionu Vişvanatan Anand layiq görülüb. Jurnal rəhbərliyi “Oskar”ı “Prezident Kuboku”nun açılış mərasimində Anada təqdim etmək qərarına gəlib.

Qeyd edək ki, “Prezident Kuboku”nda Azərbaycan və dünya yığması arasında yoldaşlıq görüşü baş tutacaq.