18:43 21-04-2009
news_image
555
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov Qran-Prinin liderini məğlub etdi!

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın Nalçik şəhərində keçirilən Qran-Pridə ilk qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, 24 yaşlı idmançımız VI turda yarışın lideri Aleksandr Qrişuku (Rusiya) məğlub edib. Ağ fiqurlarla oynayan Məmmədyarov 38-ci gedişdə rəqibini mat edib.

Bununla da, Şəhriyar 4 heç-heçə və 1 məğlubiyyətin ardından ilk qələbəsini rəsmiləşdirib. Qalibiyyət sayəsində xalını 3-ə çatdıran həmyerlimiz turnir cədvəlindəki mövqeyini bir qədər yaxşılaşdırıb.

Sabah Məmmədyarov digər rusiyalı Yevgeni Alekseyevlə qarşılaşacaq. 14 şahmatçının mübarizə apardığı Qran-Pri aprelin 29-da yekunlaşacaq.