09:49 22-04-2009
news_image
508
DİGƏR NÖVLƏR

İradə Aşumovanın oğlu son şansı da əldən verdi

Çinin paytaxtı Pekində keçirilən Dünya Kuboku yekunlaşmaq üzrədir. Apasport.az saytının məlumatına görə, artıq Azərbaycan milli komandasının üzvləri İradə Aşumova və onun oğlu Ruslan Lunyov çıxışlarını başa vurublar. Hər iki təmsilçimiz medal qazanmağı bacarmayıb.

Bu gün axırıncı dəfə atəş xəttinə çıxan Ruslan fəxri kürsüyə yüksəlmək üçün son şansından da yararlana bilməyib. O, 25 metrlik məsafədən kiçikçaplı tapança ilə sürətli atəş açma yarışında uğursuzluğa düçar olub. Həmyerlimiz 554 xalla (97+98+96+94+89+80) 29 iştirakçı arasında 26-cı yeri tutub.

Öncə Ruslan 50 metrlikdən kiçikçaplı tapança ilə atəş açmada 23-cü, 10 metrlikdən pnevmatik tapança ilə atəş açmada isə 41-ci olmuşdu.

Lunyov kimi, Afina Olimpiadasının bürünc mükafatçısı İradə Aşumova da medalsız qalıb. Yığmamızın oynayan-məşqçisi 10-cu (25 metrlik məsafədən kiçikçaplı tapança ilə atəş açma) və 19-cu (10 metrlik məsafədən pnevmatik tapança ilə atəş açma) yerlə kifayətlənmişdi.