10:25 23-04-2009
news_image
524
STOLÜSTÜ OYUNLAR

Qara fiqurlarla yarım xal

Rusiyanın Nalçik şəhərində keçirilən şahmat üzrə Qran-Prinin VII turuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov hesabat turunda yarım xalla kifayətlənib. Qara fiqurlarla oynayan həmvətənimiz rusiyalı Yevgeni Alekseyevlə heç-heçə edib. Tərəflər 41-ci gedişdə “sülh” bağlayıblar.

Hazırda Məmmədyarov 3,5 xalla 7-10-cu pillələri bölüşdürür. O, lider Levon Aronyandan (Ermənistan) 1 xal geri qalır.

Şəhriyar bu gün ukraynalı Vasili İvançukla qarşılaşacaq. 14 şahmatçının 13 turda mübarizə aparacağı yarış aprelin 29-da başa çatacaq.