17:27 23-04-2009
news_image
592
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov autsayderlə heç-heçə oynadı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın Nalçik şəhərində keçirilən Qran-Pridə növbəti dəfə heç-heçə oynayıb. Apasport.az saytının məlumatına görə, 24 yaşlı idmançımız VIII turda Ukrayna təmsilçisi Vasili İvançukla xalları bölüb. Ağ fiqurlarla oynayan Şəhriyar autsayderlə görüşün 37-ci gedişində heç-heçəyə razılaşıb. Bununla da, şahmatçımız hesabındakı xalları 4-ə çatdırıb. O, əvvəlki kimi, turnir cədvəlinin ortalarında qərarlaşıb.

Məmmədyarov sabah fransalı Etyen Bakro ilə qüvvəsini sınayacaq. 13 turdan ibarət Qran-Pri aprelin 29-dək davam edəcək.