12:59 24-04-2009
news_image
607
STOLÜSTÜ OYUNLAR

Şahmatçımız 56 min dolların əhatəsində

Azərbaycanlı qrossmeyster Vüqar Həşimov mayın 22-dən 24-dək Odessada keçiriləcək sürətli şahmat üzrə 3-cü Dünya Kubokunda iştirak edəcək. Apasport.az saytının məlumatına görə, mötəbər turnirdə planetin tanınmış izi zəka sahiblərindən Dmitri Yakovenko, Aleksandr Qrişuk, Yevgeni Nayer, Pavel Trequbov (Rusiya), Etyen Bakro (Fransa), Arkadi Naydiç (Almaniya), Pavel Eljanov (Ukrayna) və digərlərinin yer alacağı gözlənilir. Nokaut sistem üzrə keçiriləcək turnirin mükafat fondu 56 min ABŞ dolları təşkil edir.