14:39 24-04-2009
news_image
499
DİGƏR NÖVLƏR

Ermənistan Suyatullanma Federasiyasının prezidenti intihar etdi

Ermənistan Suyatullanma Federasiyasının prezidenti Karine Ambartsumyan intihar edib. Apasport.az saytının məlumatına görə, eyni zamanda Yerevan su idman növləri üzrə idman məktəbinin direktoru olan Karine özünü yaşadığı evin balkonundan yerə atıb.

Dördüncü mərtəbədən yerə düşən federasiya prezidenti yerindəcə ölüb. Ermənistan polisi intiharla bağlı istintaqa başlayıb və məsələyə ekspertlərin rəy verməsini zəruri sayıb.

Qeyd edək ki, Karine məşhur erməni idmançı ikiqat Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı olmuş və vaxtsız vəfat edən, adı idman məktəbinə verilən David Ambartsumyanın həyat yoldaşıdır.