11:06 25-04-2009
news_image
629
STOLÜSTÜ OYUNLAR

Şahmatçımız “Siciliyada” mat qaldı

Rusiyanın Nalçik şəhərində şahmat üzrə Qran-Pri turnirinin IX turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Şəhriyar Məmmədyarov hesabat tutunda macarıstanlı Etyen Bakroya təslim olub. Qara fiqurlarla oynayan təmsilçimiz “Siciliya müdafiəsi”nə üstünlük versə də, bu uğursuz olub və Şəhriyar və 31 gedişdə uduzub.

Digər görüşlərdə Qelfand Arontanla, İvançuk Akopyanla heç-heçə edib, Alekseyev isə Karyakini üstələyib.

8 turdan sonra turnir cədvəlində vəziyyət belədir: Aronyan – 5, Karyakin, Alekseyev, Qrişuk, Leko, Svidler – 4,5 xal; Akopyan, Məmmədyarov, Bakro, Elyanov – 4 xal; Qasımcanov, Qelfand – 3,5 xal; Kamski – 3 xal; İvançuk – 2,5 xal.