19:12 26-04-2009
news_image
521
DİGƏR NÖVLƏR

Dünya jokeyləri Bakıya toplaşır

Mayın 8-dən 10-dək Bakıda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Novxanıdakı təlim-məşq bazasında ilk dəfə Beynəlxalq Atçılıq Federasiyasının (FEİ) təqvim planına daxil edilən konkur üzrə Dünya Kubokunun "Csi 2*- VV Baku" mərhələ yarışları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Dünya Kubokunun mərhələ yarışlarına Türkiyə, İran, Bolqarıstan, Rusiya, Ukrayna, Gürcüstan, Özbəkistan və digər ölkələrin idmançıları dəvət olunublar.
Beynəlxalq turnirdə ölkəmizin idman şərəfini Olimpiya Ehtiyatları Atçılıq İdman Məktəbinin, "Günay" Atçılıq Təsərrüfatının və Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" Atçılıq İdman Klubunun idmançıları qoruyacaqlar.

AzərTac