10:08 27-04-2009
news_image
527
DİGƏR NÖVLƏR

Ölkə çempionu hakimi bıçaqlayıb öldürüb

Slovakiyanın hokkey yığma komandasının hücumçusu Ladislav Şkurko həbs olunub. Apasport.az saytının məlumatına görə, hokkeyçi hakim Marek Liptayanı öldürməkdə günahlandırılır.

Yığmanın heyətində İsveçrəyə getməyə namizədlərdən olan Ladislav Koşitse şəhərinin polisi tərəfindən tutulub. Öldürülən hakimin meyiti ötən ilin dekabrında üzərində çoxlu bıçaq yarası ilə tapılıb. Bu maddə ilə Şkurkonu 20 illik həbs cəzası gözləyir.

Qeyd edək ki, Ladislav cari mövsümdə “Koşitse” klubunun heyətində Slovakiya çempionu olub.