10:21 27-04-2009
news_image
627
STOLÜSTÜ OYUNLAR

Şəhriyara “ağ bayraq” qaldırdılar

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın Nalçik şəhərində keçirilən Qran-Pridə ikinci qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, həmvətənimiz yarışın X turunda rusiyalı Pyotr Svidleri məğlub edib. Ağ fiqurlarla oynayan Şəhriyar rəqibi 36-cı gedişdə “ağ bayraq” qaldırmağa məcbur edib.

Qələbə sayəsində xallarını 5-ə çatdıran şahmatçımız sona 3 tur qalmış 6-9-cu pillələri bölüşdürür. Məmmədyarov bu gün Boris Qelfandla (İsrail) qüvvəsini sınayacaq. 14 zəka sahibinin yarışdığı Qran-Pri aprelin 29-da başa çatacaq.