15:07 28-04-2009
news_image
2804
DİGƏR NÖVLƏR

Məşhur tennisçinin seksual azarkeşi - FOTO

İtaliyanın məşhur tennisçisi Simone Bolellinin son vaxtlar qazandığı uğurun sirri məlum olub. Apasport.az saytının məlumatına görə, 24 yaşlı idmançının uğurlu çıxışının səbəbkarı uruqvaylı cazibədar model Ximena Fleytasdır.

Məsələ burasındadır ki, Ximena axır zamanlar mütəmadi olaraq, Bolellinin oyunlarını birbaşa tribunadan izləyir. Seksual modelin nəzərləri altında tennisçi rəqiblərini çətinlik çəkmədən məğlub edir. Elə buna görə də Simone dünya reytinq cədvəlində artıq 36-cı pilləyə yüksəlib.

Xatırladaq ki, 28 yaşlı Ximena Fleytasın ölçüləri 90-62-93-dür.