18:34 28-04-2009
news_image
570
STOLÜSTÜ OYUNLAR

Azərbaycan damaçısı Avropa çempionu oldu

Belarusun Brest şəhərində 64 xanalı dama üzrə Avropa çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, yarışın ilk günü Azərbaycan yığması üçün uğurlu olub.

Belə ki, sürətli damada ümidlərin (10 yaşadək idmançılar) turnirində həmyerlimiz Famil Kamilli bütün rəqiblərini qabaqlayıb. Yekunda o, Avropa çempionu tituluna layiq görülüb.

Mənbə: AzərTAc