Şəhriyar Məmmədyarov yenə yarım xalla kifayətləndi
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın Nalçik şəhərində keçirilən Qran-Prinin XII turunda qələbə qazana bilməyib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz ağ fiqurlarla Pavel Elyanovu (Ukrayna) üstələməyi bacarmayıb. Partiyanın gedişində qalib gəlməyə yaxın olan Şəhriyar 50-ci gedişdə heç-heçəyə razılaşıb.
Hesabında 2 qələbə, 7 heç-heçə, 3 məğlubiyyət olan şahmatçımız 5,5 xal toplayıb. O, əvvəlki kimi yarış cədvəlinin aşağı pillələrində qərarlaşıb. 14 zəka sahibinin mübarizə apardığı Qran-Pri sabah yekunlaşır. Məmmədyarov axırıncı turda özbəkistanlı Rüstəm Qasımcanovla qüvvəsini sınayacaq.