17:05 29-04-2009
news_image
590
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov üçün hər şey bitdi

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın Nalçik şəhərində keçirilən Qran-Prinin 4-cü mərhələsində çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, 24 yaşlı idmançımız bu gün son tur çərçivəsində keçmiş dünya çempionu Rüstəm Qasımcanovla (Özbəkistan) qarşılaşıb. Qara fiqurlarla oynayan Şəhriyar 39-cu gedişdə heç-heçəyə razılaşıb.

Beləliklə, Məmmədyarov 13 turda 6 xal qazanıb: 2 qələbə, 8 heç-heçə, 3 məğlubiyyət. Yekunda təmsilçimiz turnir cədvəlinin orta sıralarında qərarlaşıb.