12:34 30-04-2009
news_image
562
DİGƏR NÖVLƏR

Olimpiya çempionu BMW ilə qəzaya düşdü

Dünyanın ən sürətli adamı Useyn Bolt avtomobil qəzasına düşüb. Apasport.az saytının məlumatına görə, atletika üzrə yamaykalı üç qat olimpiya çempionu vətənində, paytaxt Kinqstonun ətrafında BMW markalı idman avtomobilini dağıdıb.

Maşını idarə edərkən nəzarəti itirən Bolt yolun kənarında ensiz arxa girib. Useyn avtomobildə qardaşı və rəfiqəsi ilə birgə olub. Bolt sol ayağından zədə, sərnişinlər isə yüngül xəsarət alıb. Xəstəxanaya düşən atlet tibbi yardım olduqdan sonra ordan çıxıb.