10:44 02-05-2009
news_image
773
DİGƏR NÖVLƏR

Azərbaycanlı xala-bacı qızı nə qazandı?

Azərbaycan güllə atıcılığı yığmasının oynayan-məşqçisi İradə Aşumova Almaniyanın Hannover şəhərində keçirilən beynəlxalq turnirdə əliboş qalıb. Apasport.az saytının məlumatına görə, Afina Olimpiadasının bürünc mükafatçısı 25 metrlik məsafədən kiçikçaplı tapança ilə atəş açma yarışının təsnifat mərhələsində yaxşı təsir bağışlayıb. O, 572 xal toplayaraq, ilk “səkkizlik”də yer aldığı üçün final mərhələsinə adlayıb.

Lakin Aşumova yekunda fəxri kürsüyə yüksələ bilməyib. 51 yaşlı idmançımız 770,1 xalla 6-cı yeri tutub. Onun bacısı qızı Nigar Bağırova isə 9-cu pillədə qərarlaşıb. Hər iki həmyerlimiz bu gün 10 metrlik məsafədən hədəfə pnevmatik tapança ilə atəş açacaqlar.

Qeyd edək ki, turnirin əvvəlində Aşumovanın oğlu Ruslan Lunyov müxtəlif məsafələrə atəş zamanı qızıl və bürünc medal qazanıb.