12:31 02-05-2009
news_image
2153
DİGƏR NÖVLƏR

Hippodramda dəhşətli toqquşma: 1 ölü, 2 yaralı - VİDEO

ABŞ-ın Kentaki ştatında keçirilən növbəti at yarışı qeyri-adi görüntülərə səhnə olub. Apasport.az saytının məlumatına görə, hippodramda bədbəxt hadisə baş verib.

Belə ki, yarışın startına bir neçə dəqiqə qalmış sürətlə qaçan at üstündə çapar olan digər atla çarpışıb. Hadisə nəticəsində ölən və xəsarət alanlar var.

Toqquşma o qədər sürətli və gözlənilməz olub ki, üstündə çapar olan at hadisə yerindəcə ölüb. Çaparsız at isə qəza vaxtı idmançını ciddi zədələyib. Daha doğrusu, idmançının ayağı sınıb. Bundan başqa, at özü də zədə alıb.