23:00 03-05-2009
news_image
671
DİGƏR NÖVLƏR

Milli komandanın heyəti açıqlandı

Mayın 8-dən 10-dək Zaqrebdə WKF versiyası üzrə böyüklər arasında karate üzrə Avropa çempionatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, kumite üzrə yarışlarda Azərbaycanı Nərgiz Mehtiyeva (55 kiloqram), Cəmilə Məmmədova (60 kiloqram), Niyazi Əliyev (67 kiloqram), Rafael Ağayev (75 kiloqram), Amal Atayev (84 kiloqram), Famil Səfiyev (84 kiloqramdan yuxarı) təmsil edəcək. Kata yarışlarında isə Adilə Qurbanova və Elçin Məmmədov qatılacaq.

AzərTac