10:18 04-05-2009
news_image
646
STOLÜSTÜ OYUNLAR

“Prezident kuboku”nun rəsmi saytı hazırlandı

Mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat üzrə "Prezident Kuboku" uğrunda yarışın rəsmi veb səhifəsi hazırlanıb. Azərbaycan Şahmat Federasiyasının mətbuat katibi Tural Baxışovun apasport.az saytına verdiyi məlumata görə, turnir barədə bütün məlumatları www.presidentcup.az saytından öyrənmək mümkündür.

Yarış 7-9 may aralığında "ÜNS" yaradıcılıq səhnəsində baş tutacaq. “Prezident kuboku” çərçivəsində, həmçinin Azərbaycan və dünya yığmaları arasında yoldaşlıq görüşü keçiriləcək. Bu görüşdə milli komandamızın şərəfini Teymur Rəcəbov, Vüqar Həşimov, Şəhriyar Məmmədyarov, Qədir Hüseynov və Rauf Məmmədov qoruyacaq. Rəqib komandanın heyətində isə dünya çempionu Vişvanatan Anand (Hindistan), vitse-çempion Vladimir Kramnik (Rusiya), sonuncu Dünya kubokunun finalçısı Aleksey Şirov (İspaniya) və nüfuzlu Veyk An Zee turnirinin son qalibi Sergey Karyakin (Ukrayna) yer alıb.