12:06 04-05-2009
news_image
610
DİGƏR NÖVLƏR

Anna Qurbanova Aliyə Qarayevadan güclü oldu

Azərbaycan gimnastları İtaliyanın Pesaro şəhərində keçirilmiş Dünya kubokunun növbəti mərhələsində 5-ci yerləri tutublar. Apasport.az saytının məlumatına görə, dörd mümkün finalın üçündə çıxış etmək imkanı qazanan Anna Qurbanova ən yaxşı nəticələri ip və halqa ilə göstərib və 5-ci yeri tutub. Topla finalda isə gimnastımız 6-cı nəticəni göstərib.
Digər təmsilçimiz Aliyə Qarayeva da finala 3 dəfə vəsiqə qazanaraq, iplə və topla 7-ci, lentlə isə 8-ci nəticəni göstərib.

Çoxnövçülükdə gimnastlarımızın hər ikisi 101.65 bal toplayaraq 9-10-cu yerləri bölüşdürüblər. Azərbaycanın üçüncü gimnastı Zeynəb Cavadlı 91.85 balla 33 iştirakçı arasında 18-ci yeri tutub. Pesaroda qələbəni ən yüksək nəticələrə 4 dəfə imza atan rusiyalı Yevgeniya Kanayeva bayram edib.