15:38 04-05-2009
news_image
818
DİGƏR NÖVLƏR

Aysellə Araş UEFA kuboku qalibinin oyunu təxirə salıb?

Rusiya Premyer Liqasının IX turu çərçivəsində “Lujniki” stadionunda keçirilməsi planlaşdırılan MOİK - “Zenit” oyunu “Eurovision-2009” musiqi yarışması üzündən təxirə salınıb. Apasport.az saytının məlumatına görə, bu, asayiş keşikçiləri ilə bağlıdır.

Belə ki, “Eurovision”un final mərhələsi mayın 16-da Moskvanın Olimpiya İdman Kompleksində baş tutacaq. Yarışmaya Moskva milisinin böyük qüvvəsi cəlb olunacaq. MOİK - “Zenit” matçı isə öncə mayın 17-də günorta saatlarına təyin edilmişdi. Asayiş keşikçiləri mayın 16-da gecəyədək iş başında olduqlarından, onların sabahısı gün günorta saatlarında yenidən işə çıxmaları fiziki cəhətdən qeyri-mümkün sayılıb.

Buna görə də oyun bir neçə saat gec, daha doğrusu 20:00-da başlanacaq. Nəticədə milislər bir az çox istirahət etmək imkanı qazanacaqlar.

Qeyd edək ki, “Eurovision”da Azərbaycanı Aysel Teymurzadə - Araş cütlüyü təmsil edəcək.