18:11 04-05-2009
news_image
681
STOLÜSTÜ OYUNLAR

Azərbaycanlı şahmatçı dünya çempionu oldu

Azərbaycan şahmatçısı Zaur Məmmədov Yunanıstanın Saloniki şəhərində məktəblilər arasında keçirilən V dünya çempionatının qalibi olub. Apasport.az saytının məlumatına görə, 15 yaşadək şahmatçılar arasında mübarizə aparmış həmvətənimiz 7 xalla birinci yeri tutub.

Ümumiyyətlə, yarış 6 yaş qrupunda - 7, 9, 11, 13, 15 və 17 yaşlılar arasında olub. Zaur Məmmədovdan başqa, daha bir həmyerlimiz fəxri kürsüyə yüksəlib. Söhbət 13 yaşlılar arasında qüvvəsini sınamış Elxan Bayramovdan gedir. O, 6,5 xalla bürünc medala layiq görülüb.