19:14 04-05-2009
news_image
2455
DİGƏR NÖVLƏR

“Atam məni tez-tez döydüyü üçün evdən qaçdım” - FOTO

Serbiyalı tennisçi Yelena Dokiç atası tərəfindən fiziki təzyiqə məruz qalıb. Apasport.az saytının məlumatına görə, bunu 26 yaşlı idmançı özü etiraf edib.

Belqradda doğulmuş Yelenanı atası hələ uşaq yaşlarında incidirmiş. Ata Dokiç öz qızını tez-tez döyür, ona müxtəlif cür fiziki təzyiq göstərirmiş. Bu səbəbdən tennisçi 2002-ci ildə evdən qaçıb: “Atam məni tez-tez döyürdü. Buna görə də, evdən birdəfəlik qaçmaq qərarına gəldim”.

O vaxtdan bəri Yelena atası ilə görüşmür. Atasının onu nə üçün döydüyünü isə idmançı açıqlamayıb.