18:11 06-05-2009
news_image
743
STOLÜSTÜ OYUNLAR

Sergey Karyakin: Bakıda dümdüz yol gördüm...

“Prezident kuboku”nda iştirak etmək üçün Bakıya gələn Ukrayna şahmatçısı Sergey Karyakin paytaxtımız haqqında təəssüratlarını bölüşüb. Apasport.az saytının məlumatına görə, 19 yaşlı bu gün keçirilən mətbuat konfransında şəhərimizdəki inkişafdan söz açıb. Ötən ilin aprelində Bakıda keçirilmiş Qran-Pridə də çıxış etmiş Karyakin paytaxtımızdakı müsbət dəyişiklikləri elə mənzil başına çatan kimi hiss edib.

“Mən bu fərqi hava limanında duydum. Şəhərə gələn yol dümdüz idi. Ona görə də otelə tez çatdım. Halbuki, ötən il də bura gəldiyimdən, yolların yenə xarab olduğunu düşünürdüm” - deyə əcnəbi qonaq vurğulayıb.

Karyakin onu da əlavə edib ki, 7-9 may aralığında “ÜNS” yaradıcılıq səhnəsində Azərbaycan və dünya yığmalarının görüşündə uğurlu nəticə göstərməyə çalışacaq.