18:32 07-05-2009
news_image
654
STOLÜSTÜ OYUNLAR

Teymur heç-heçə oynadı, Şəhriyar qalib gəldi - YENİLƏNİB

Azərbaycan və dünya şahmat yığmaları arasında "Prezident kuboku" çərçivəsində ilk turun oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, start milli komandamız üçün uğurlu olub. Belə ki, şahmatçılarımız 2,5:1,5 hesabı ilə qalib gəlib.


1-ci tur:

Azərbaycan - FİDE dünya - 2,5:1,5


Teymur Rəcəbov - Vişvanatan Anand (Hindistan) - 0,5:0,5
Vladimir Kramnik (Rusiya) - Vüqar Həşimov - 0,5:0,5
Şəhriyar Məmmədyarov - Aleksey Şirov (İspaniya) - 1:0
Sergey Kryakin (Ukrayna) - Qədir Hüseynov - 0,5: 0,5

Qeyd edək ki, bir neçə dəqiqədən sonra ikinci turun oyunları başlanacaq. Bu turda yenə eyni şahmatçılar, amma müxtəlif rəngli fiqurlarla oynayacaqlar.