19:55 07-05-2009
news_image
515
STOLÜSTÜ OYUNLAR

"Prezident kuboku"nda uduzan şahmatçımız: Yorulduğum üçün məğlub oldum

"Birinci turdan sonra yorulmuşdum. Bu səbəbdən növbəti oyunda məğlub oldum". Apasport.az saytının məlumatına görə, bu sözləri "Prezident kuboku" uğrunda yarışa Azərbaycanın şərəfini qoruyan şahmatçı Qədir Hüseynov deyib.

Turnirin ikinci turunda FİDE dünya yığmasının üzvü Aleksey Şirova uduzan (İspaniya) Qədir məyusluğunu gizlətməyib: "Əlbəttə, məyusam. Oyunun gedişində səhv buraxdığımdan məğlub oldum. Düzü, ikinci turda rəqibimin dəyişəcəyini və ağ fiqurlarla oynayacağımı bilmirdim. Reqlamentin nə üçün belə dəyişdiyinin səbəbi mənə məlum deyil"

Xatırladaq ki, Hüseynov ilk turda Sergey Karyakinlə (Ukrayna) xalları bölüb.