20:54 07-05-2009
news_image
753
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov: Belə olmaz, bu qəribədir!

Mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat üzrə “Prezident kuboku” turnirinin reqlamentinin dəyişdirilməsi Azərbaycan milli komandasının lideri Teymur Rəcəbovun təəccübünə səbəb olub. Apasport.az saytının məlumatına görə, dünya yığması ilə görüşdən sonra keçirilən mətbuat konfransında həmyerlimiz belə vəziyyəti gözləmədiyini deyib.

“Mən ikinci turda da Vişvanatan Anandla görüşəcəyimi gözləyirdim. Lövhə arxasına keçdikdə gözlənilmədən başqa rəqibin adını gördüm. Belə olmaz, bu qəribədir! Belə vəziyyət oyunçuya psixoloji təsir göstərir. Dəyişiklik barədə bizə xəbərdarlıq edilməli idi” - deyə Rəcəbov vurğulayıb.

22 yaşlı şahmatçımız ilk turda dünya çempionu Vişvanatan Anand üzərində qalib gəlmək şansının olduğunu da söyləyib: “Lakin mən bunu vaxtında dəyərləndirə bilmədim”.

Qed edək ki, Teymur birinci turda hindistanlı Anand, ikinci turda isə rusiyalı Vladimir Kramniklə heç-heçə oynayıb.