16:12 08-05-2009
news_image
862
STOLÜSTÜ OYUNLAR

Aleksandr Qrişuk: Bakıda qalib ola bilərdim

Rusiyalı şahmatçı Aleksandr Qrişuk Azərbaycandakı çıxışından razı qalıb. Apasport.az saytının məlumatına görə, FİDE-nin reytinqdə 10-cu yerdə qərarlaşan qrossmeyster Qran-Pri turnirinin Bakı mərhələsində çıxışını uğurlu sayır.

Qran-Pri mərhələsinin sonuncu - 4-cü mərhələsi Nalçikdə baş tutub. Vətənində keçirilən turnirə qatılan Aleksandr dörd mərhələnin yekununa əsasən həmyerlimiz Teymur Rəcəbovla birgə turnir cədvəlində ilk iki yeri bölüşdürür. Onların hər ikisinin hesabında 363 1/3 xal var. Ancaq Teymur Nalçikdəki turnirə qatılmadığından, yəni üç mərhələdə mübarizə apardığı üçün turnir cədvəlinə başçılıq edir. 2-ci yerdə gedən Qrişuk sonda qalib olmağa iddialıdır: “Mən Qran-Priyə təsadüfən düşdüm. Aleksey Şirov imtina etdi və məni ehtiyat oyunçu kimi daxil etdilər. Mənə belə gəlir ki, hər birində xalların hesablandığı turnirlərin seriyasını keçirmək ideyası çox gözəldir. Hesab edirəm ki, Bakı, Elista və Nalçikdə uğurla çıxış etdim. Soçidə isə çıxışım çox pis oldu. Ancaq digər “Qran Pri” turnirlərinin hamısında qalib gəlmək iqtidarında idim. Əlbəttə, buna nail olmadığıma görə üzülürəm. Ancaq ümumilikdə götürdükdə bu yarışların hamısında iştirak etməkdən böyük zövq qaldım”.

Qeyd edək ki, Qrişuk Bakıdakı Qran-Pri turnirində 105 xal toplayıb.