19:41 08-05-2009
news_image
706
STOLÜSTÜ OYUNLAR

"Prezident kuboku": hər şey bitdimi?

Mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat üzrə "Prezident kuboku"nda 5-ci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan və FİDE yığmalarının "ÜNS" yaradıcılıq səhnəsində keçirilən görüşündə hadisələrin gedişatı bizim üçün heç də yaxşı alınmır.

Yarışa qələbə ilə başlayan milli komandamız artıq 6 xal fərqi ilə geridə qalır. Sabah keçiriləcək son 3 turda bu fərqi aradan götürmək heç də asan olmayacaq.

Azərbaycan - FİDE dünya - 7:13
1-ci tur: 2,5:1,5
2-ci tur: 1:3
3-cü tur: 1,5:2,5
4-cü tur: 1:3
5-ci tur: 1:3

5-ci turun nəticələri:
Şəhriyar Məmmədyarov - Vişvanatan Anand (Hindistan) - 0,5:0,5
Vladimir Kramnik (Rusiya) - Qədir Hüseynov - 1:0
Teymur Rəcəbov - Aleksey Şirov (İspaniya) - 0,5:0,5
Sergey Karyakin (Ukrayna) - Vüqar Həşimov - 1:0