11:47 13-05-2009
news_image
525
DİGƏR NÖVLƏR

Azərbaycan – Rusiya – 2:2

Rusiyanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası Bakıya gəlib. Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat katibi Yaqub Nuriyevin apasport.az saytına verdiyi məlumata görə, şimal qonşularımız paytaxtımızda təlim-məşq toplanışı keçməklə yanaşı, yoldaşlıq görüşlərində də qüvvələrini sınayırlar.

Artıq belə yoxlama matçlarından biri baş tutub. Azərbaycanın gənclərdən ibarət yığması (U-21) ilə qarşılaşan Rusiya komandası heç-heçə ilə kifayətlənib. Hərçənd, oyunun birinci hissəsi qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Fasilədən sonra Xatirə Əliyeva hesabı bərabərləşdirib. İkinci hissənin ortalarında ruslar yenidən hesabda önə keçsələr də, qələbə qazana bilməyiblər. Görüşün sonlarına yaxın Xatirə Əliyeva penalti zərbəsini dəqiq yerinə yetirməklə, yekun hesabı müəyyənləşdirib - 2:2.

Rusiya yığması bu gün, sabah və mayın 15-də ardıcıl 3 dəfə əsas milli komandamızla üz-üzə gələcək. Bu yoldaşlıq görüşləri yığmamızın baza klubu sayılan “Atasport” üçün qitə miqyaslı yarışa hazır xarakteri daşıyacaq. “Atasport” 29 may - 1 iyun aralığında Hollandiyanın Hertogenboş şəhərində təşkil olunacaq Çempionlar Kubokunun ən yüksək divizionunda mübarizə aparacaq.