23:04 13-05-2009
news_image
531
DİGƏR NÖVLƏR

Milli komandamız Rusiya yığmasını üstələdi

Bakıda təlim-məşq toplanışında olan Rusiyanın qadınlardan ibarət otüstü hokkey yığması Azərbaycan milli komandası ilə növbəti yoxlama görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, ilk oyunu heç-heçə (2:2) başa vuran yığmamız bu dəfə qələbə qazanıb. Marina Əliyeva və Xatirə Əliyedvanın qolları ilə milli komandamız rəqibini məğlubiyyətə uğradıb – 2:0.