16:42 14-05-2009
news_image
490
DİGƏR NÖVLƏR

Pekin Olimpiadasının medalçısının BMW-si oğurlandı

Pekin Olimpiadasının bürünc mükafatçısı Maksim Mixaylovun avtomobili oğurlanıb. Apasport.az saytının məlumatına görə, səhər saatlarında evinin eyvanına çıxan idmançı BMW X5 markalı maşının qaçırılmasının şahidi olub.

Hadisə Sankt-Peterburq şəhərinin Kuzmolovo qəsəbəsində baş verib. Avtomobildə müasir siqnalizasiya sistemi olsa da, oğrular öz işlərinin öhdəsindən məharətlə gəliblər və BMW-ni səssiz-səmirsiz qaçırıblar.

Qeyd edək ki, həmin avtomobil Maksimə Olimpiadada bürünc medal qazanandan sonra hədiyyə olunub.