13:27 15-05-2009
news_image
568
DİGƏR NÖVLƏR

Azərbaycanlılar dünya çempionatında sensasiya etdilər

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən domino üzrə dünya çempionatı sensasiya ilə başa çatıb. Apasport.az saytının məlumatına görə, sensasiyanın müəllifi həmvətənlərimiz olub.

Belə ki, cütlərin mübarizəsində finala çıxan təmsilçilərimiz ikinci yeri tutmaqla, heç kimin gözləmədiyi nəticəyə imza atıb. Dünya çempionu tituluna gəlincə, burada qeyri-adi heç nə baş verməyib. Həm fərdi, həm cüt yarışlarda favorit olan ispaniyalılar hamıdan güclü olduğunu bir daha sübuta yetirib.

Finalda ispanlarla bacarmayan azərbaycanlıların uğurunda oyunun yaradıcılarının cəzalandırılmağının da rolu olub. Belə ki, dominonun vətəni sayılan dominikalıların bir cütü yarış zamanı təmiz oynamadıqlarından (bir-biri ilə danışmaq və s.) yarışlardan kənarlaşdırılıb.