14:01 15-05-2009
news_image
1210
DİGƏR NÖVLƏR

Avropanın incəbelli qızları Bakıda - FOTOSESSİYA

Avropanın incəbelli qızları Bakıya toplaşıb. Söhbət Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən Avropa çempionatına qatılan bədii gimnastlardan gedir. Sayca 25-ci dəfə təşkil olunan yarış bu gün start götürüb. Çempionatda 32 ölkədən 186 idmançı mübarizə aparır. Yarışda həm fərdi, həm də qrup hərəkətləri üzrə növlərdə qaliblər müəyyənləşəcək.

Xatırladaq ki, Bakı bədii gimnastika üzrə Avropa çempionatına ikinci dəfə ev sahibliyi edir. 2007-ci ildə paytaxtımızda baş tutan analoji yarışda ölkəmiz iki medal qazanmışdı. Həmin vaxt Aliyə Qarayeva qitə çempionu tituluna yiyələnmişdi. Qrup hərəkətləri üzrə yığmamız isə fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı.

Cari çempionat mayın 17-dək davam edəcək. Apasport.az saytı yarışın ilk günündə bacarıqlarını nümayiş etdirən gimnastların fotolarını təqdim edir.