18:43 15-05-2009
news_image
437
DİGƏR NÖVLƏR

Azərbaycan prezidenti Avropa Ədalətli Oyunlar Hərəkatının rəhbəri Karlos Qonsalvesi qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev bu gün Avropa Ədalətli Oyunlar Hərəkatının pezidenti Karlos Qonsalvesin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Apasport.az saytının məlumatına görə, dövlət başçısı ölkəmizdə idmanın və olimpiya hərəkatının hərtərəfli inkişafından, dünya və Avropa əhəmiyyətli beynəlxalq yarışların ölkəmizdə uğurla keçirildiyindən, respublikamızda müasir idman infrastrukturunun yaradıldığından danışıb. Preziden bildirib ki, Avropa Ədalətli Oyunlar Hərəkatı nümayəndələrinin ölkəmizə bu səfəri əməkdaşlığın daha da genişlənməsi işinə xidmət edəcək.

Azərbaycanda idmanın inkişafına böyük diqqət və qayğı göstərildiyini qeyd edən Avropa Ədalətli Oyunlar Hərəkatının prezidenti Karlos Qonsalves ölkəmizdə yeni idman infrastrukturunun yaradılmasını, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda yüksək nəticələr qazanmalarını dövlətimizin başçısının idmana göstərdiyi şəxsi qayğısının nəticəsi kimi dəyərləndirib. Ardından Karlos Qonsalves Avropa Ədalətli Oyunlar Hərəkatının Şərəf nişanını dövlətimizin başçısına təqdim edib.