10:50 16-05-2009
news_image
1844
DİGƏR NÖVLƏR

Bakıda möhtəşəm açılış mərasimi - FOTOSESSİYA

Heydər Əliyev İdman-Konsert Kompleksində bədii gimnastika üzrə 25-ci Avropa çempionatının təntənəli açılış mərasimi keçirilib. Öncə tədbirin bədii hissəsi olub. Ardından iştirakçı komandalar zala dəvət olunublar. Daha sonra Azərbaycanın dövlət himni səsləndirilib. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, eləcə də Avropa Gimnastika İttifaqının prezidenti Dimitrios Dimitropoulos çıxış edib.

Xatırladaq ki, 32 ölkədən 186 idmançının 6 dəst medal uğrunda mübarizə apardığı çempionat mayın 17-dək davam edəcək.