11:42 16-05-2009
news_image
486
DİGƏR NÖVLƏR

Olimpiya çempionunun dələduz atası tutuldu

Pekin Olimpiadasının hindistanlı qalibi Abxinav Bindranın atası dələduz imiş. Apasport.az saytının məlumatına görə, olimpiya çempionunun atası fırıldaqçılıq etdiyindən həbs olunub. Dehli polisinin yaydığı xəbərə əsasən, saxlanılan şəxs iki fırıldaqçı hərəkətdə ittiham olunur: “Bu səbəbdən də Dehli məhkəməsi onun həbsi ilə bağlı order təqdim edib. Özü də həmin qərarla o, zaminə buraxıla bilməz. İndi olimpiya çempionunun atası hospitaldadır. O, özünü pis etməsindən şikayətlənib. Biz ata Bindranın nə vaxta azadlığa buraxılacağını bilmirik”.

Qeyd edək ki, Abxinav Bindra ötən ilin avqustunda keçirilən Pekində Olimpiadasında pnevmatik tüfəngdən 10 metrə atəş üzrə yarışda qızıl medal qazanıb.