19:47 16-05-2009
news_image
590
DİGƏR NÖVLƏR

Azərbaycan bədii gimnastika yığmasının tarixi uğuru

Heydər Əliyev İdman Konsert-Kompleksində keçirilən bədii gimnastika üzrə 25-ci Avropa çempionatında ikinci gün arxada qalıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması tarixində ilk dəfə komanda hesabında gümüş medal qazanıb. Aliyə Qarayeva və Anna Qurbanovanın şərəfini qoruduğu milli komandamız 212.850 bal toplayıb. Bu göstəriciyə əsasən, yığmamız yalnız Rusiyadan (224.325 bal) geri qalıb. Bürünc medala 209.700 bal toplayan Ukrayna komandası yiyələnib.

Sabah, Avropa çempionatının son günündə daha 5 dəst medalın - həm fərdi yarışda, həm də yeniyetmələrdən ibarət qrup komandasında qaliblər bilinəcək.

Xatırladaq ki, 2007-ci ildə Bakıda keçirilmiş analoji yarışda Azərbaycan komanda hesabında gümüş medal qazanmışdı.