22:05 17-05-2009
news_image
418
DİGƏR NÖVLƏR

Azərbaycan qılıcoynadanları İstanbul və Vladiqafqazda

Azərbaycan qılıncoynadanları Türkiyənin İstanbul şəhərində keçirilmiş beynəlxalq turnirdə iştirak ediblər. Bu haqda apasport.az saytına Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) baş katibi Ramin Məmmədov məlumat verib. Onun sözlərinə görə, Beynəlxalq Qılıncoynatma Federasiyasının təqvim-planına salınmış bu yarışda şpaqa yığmamızın 2 üzvü – Vəkil Nəsibov və Hafiz Quliyev qüvvəsini sınayıb.

Həmyerlilərimizdən ən yaxşı nəticəni Nəsibov göstərib. O, 41 iştirakçı arasında ilk “16-lıq”da qərarlaşıb. Onun uduzduğu İran qılıncoynadanı isə sonradan yarışın qalib olub.

Ramin Məmmədov onu da bildirib ki, AQF rəhbərliyi kiçik yaş qruplarından ibarət idmançılar arasında da qılıncoynatmanın inkişafına xüsusi diqqət yönəldir. Məhz buna görə də bu yaş qrupundan ibarət yığmamız Rusiyanın Vladiqafqaz şəhərində təşkil olunmuş beynəlxalq turnirə ezam edilib.

Əsas məqsəd böyük yaş qrupuna namizəd qılıncoynadanların taktiki, texniki hazırlıq səviyyəsini, oyun təcrübəsini artırmaq olub. Milli komandamız belə yarışda ilk dəfə çıxış etməsinə baxmayaraq, müsbət nəticələr qazanıb. Belə ki, şpaqa növündə Nazim Əliyev 45 nəfər arasında ilk “20-liy”ə düşüb.