15:38 18-05-2009
news_image
902
DİGƏR NÖVLƏR

“Evrovision”un qalibi Olimpiadanın elçisi olacaq

“Evrovision-2008” müsabiqəsinin qalibi Dima Bilan 2014-cü ildə Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarının elçisi təyin olunub. Apasport.az saytının məlumatına görə, Olimpiadanın Təşkilat Komitəsinin çıxardığı qərarla rusiyalı musiqiçi vətənində bu imkana malik olacaq.

Bilan “Soçi-2104”nün elçisi olacağına görə fəxr etdiyini bildirib: “Bütün pərəstişkarlarıma müraciət edirəm. Uşaqlar, xizəklərin üstündə dayanın və möhtəşəm layihə olan “Soçi-2014”ə qoşulun. Biz dünyanı təəccübləndirə bilirik. Moskvadakı “Evrovizion” müsabiqəsi bunu bir daha sübut etdi. Soçiyə kurs götürürük”.