15:36 19-05-2009
news_image
2346
DİGƏR NÖVLƏR

Paris Hilton və tanınmış beysbolçu seks qalmaqalında

Tanınmış beysbolçu Doq Reynhart dünya şöhrətli top-model Paris Hiltonlə birgə qonşuların qəzəbinə tuş gəlib. Apasport.az saytının məlumatına görə, buna cütlüyün sevgi macəraları səbəb olub.

Belə ki, qonşular Doq və Parisin çıxardıqları səslərdən bərk narahatdırlar. Onlar xüsusilə, məşhur sevgililərin mənzilindən gələn seksual səslərdən şikayət ediblər.

Buna görə də Parislə Doqun yaşadığı evdən çıxarılmaları tələb olunur. Cütlük bu mənzilə ayda 22 min dollar verir. Qonşulardan biri isə ayda mənzilə hətta 27 min dollar ödəməyə hazır olduğunu bildirib ki, təki məhəllədə səs-küy olmasın.