23:17 19-05-2009
news_image
478
DİGƏR NÖVLƏR

Milandan 1 qızıl 1 gümüş

İtaliyanın Milan şəhərində təşkil olunan sambo üzrə Avropa çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, milli komandamız yarışdan iki medalla qayıdıb. 68 kq çəkidə bütün rəqiblərini məğlub edən Tərlan Kərimov qızıl medala sahib çıxıb. Yalnız həlledici mübarizədə yenilən Zaur Paşayev isə (82 kq) gümüş medalla kifayətlənib.