16:57 20-05-2009
news_image
422
DİGƏR NÖVLƏR

Avarçəkənlərimiz yenə Almaniyada çıxış edəcəklər

Almaniyada təlim-məşq toplanışında olan Azərbaycanın yeniyetmə akademik avarçəkənləri Teymur Kutseba və Aleksandr Qlotov növbəti yarışda qüvvələrini sınayacaqlar. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, idmançılarımız mayın 23-də Köln şəhərində start götürəcək “Kölner Junioren-Regatta 2009” turnirinə qatılacaqlar.

Kutseba - Qlotov dueti 2 nəfərlik təkavarlı qayıqda mübarizə aparacaq. İki gün davam edəcək yarışda onların rəqibləri Almaniyanın çoxsaylı avarçəkmə klublarının təmsilçiləri olacaq.

Qeyd edək ki, artıq həmyerlilərimiz Münhen şəhərində 9-10 mayda təşkil olunmuş “DRV - International Junior Regatta” beynəlxalq turnirində çıxış ediblər. İki nəfərlik təkavarlı qayıqda 14 iştirakçı arasında final mərhələsinə vəsiqə qazanan Kutseba – Qlotov dueti ilk yarış günündə 6-cı, ertəsi gün isə 3-cü yeri tutub.