12:28 22-05-2009
news_image
608
DİGƏR NÖVLƏR

Bizdə qol bol növü də varmış...

Azərbaycanda yeni yaradılmış idman növü üzrə milli komanda ilk ciddi sınağa yollanıb. Söhbət fiziki qüsurlu idmançılardan ibarət qol bol üzrə yığmamızdan gedir. Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, komandamız Portuqaliyada keçiriləcək Avropa çempionatında mübarizə aparacaq.

Bu məqsədlə baş məşqçi Fəxrəddin Əliyevin yetirmələri bu gün Portuqaliyanın Albufeyra şəhərinə yola düşüblər. Qol Bolçularımız qitə birinciliyinin C qrupunda yarışacaqlar.