19:07 22-05-2009
news_image
495
DİGƏR NÖVLƏR

Kanoeçilərimiz finala çıxdılar

Polşanın Poznan şəhərində keçirilən Dünya Kubokunun II mərhələsində Azərbaycan kanoeçiləri 1000 metrlik məsafəyə yürüşdə də qüvvələrini sınayıblar. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, 2 nəfərlik qayıqda mübarizə aparan Maksim Prokopenko – Sergey Bezuqlıy dueti öz yarımqrupunda 9 iştirakçı arasında 2-ci yeri tutub. Reqlamentə əsasən, Prokopenko – Bezuqlıy dueti birbaşa finala vəsiqə qazanıb.

Bir nəfərlik qayıqda çıxış edən Valentin Demyanenko da ilkin mərhələni uğurla dəf edib. O, öz yarımqrupunda 8 iştirakçı arasında 2-ci yeri tutaraq, yarımfinala vəsiqə qazanıb.

Texniki nəticələr:

Məsafə 10 000 metr
1 nəfərlik kanoe qayıqları (C1)


1. Vadim Menkov (Özbəkistan) – 3:59.592 (3 dəqiqə 59 saniyə 592 mikrosaniyə)
2. Valentin Demyanenko (AZƏRBAYCAN) – 4:01.692
3. Zianis Xaraja (Belarus) - 4:03.180
4. David Varqa (Macarıstan) – 4:04.108
5. Tomas Luk (Almaniya) – 4:04.556
6. Prjemislav Kaçmarek (Polşa) - 4:09.148
7. Andres Lazo (Ekvador) - 4:48.056
8. Xesus Nivalter Dos Santos (Braziliya) – starta çıxmayıb.

Qaydalara görə, bu yarımqrupda ilk 6 pillələrin sahibləri ilə yanaşı, 4 yarımqrupda ən yaxşı nəticə göstərmiş daha 3 idmançı yarımfinala vəsiqə qazanıb. Növbəti mərhələdə yürüşlər sabah Bakı vaxtı ilə saat 14:28, 14:35, 14:42 və 14:49-da olacaq. 4 yarımqrupun hər birindən ilk 2 yeri tutanlar və ən yaxşı göstəriciyə malik daha 4 idmançı əsas finala (FİNAL A) vəsiqə qazanacaqlar.

2 nəfərlik kanoe qayıqları (C2)

1. Sergey Torres Madriqal –Xose Bulnes Farinas (Kuba) – 3:36.175 (3 dəqiqə 36 saniyə 175 mikrosaniyə)
2. Sergey Bezuqlıy – Maksim Prokopenko (AZƏRBAYCAN) – 3:36.943
3. Endryu Russell – Qabriel Boşezn-Sevinyi (Kanada) – 3:37.959
4. Kris Vend – Erik Lebstok (Almaniya) – 3:39.039
5. Bertrand Hemonik – Vilyam Tşamba (Fransa) – 3:39.363
6. Dmirti Rabçanka – Aleksandr Voçetski (Belarus) – 3:41.283
7. Xariton İvanov – Viktor Mixalaçi (Rumıniya) – 3:43.559
8. Tomaş Kaçor – Martsin Qrjibovski (Polşa) – 3:44.923
9. Kiquanq Çanq – Veyyonq Xi (Çin) – diskvalifikasiya olunub.

Reqlamentə əsasən, bu yarımqrupda 1 – 3-cü yerlərin sahibləri birbaşa finala vəsiqə qazanıblar. Həlledici mərhələdə yürüşlər mayın 24-də Bakı vaxtı ilə saat 13:49-da olacaq.

Qeyd edək ki, həm Valentin Demyanenko, həm də Maksim Prokopenko – Sergey Bezuqlıy dueti 500 metrlik məsafəyə yürüşdə də ilkin mərhələni uğurla adlayaraq, yarımfinala yüksəliblər. Onlar sabah finala vəsiqə uğrunda mübarizə aparacaqlar.